Tağızadə: "Rəqibi elə də tanımırıq, amma..."
"Məşqlər yaxşı gedir. Hamı məşqçinin dediklərinə əməl edir, tapşırıqları yerinə yetiririk. Avropa Liqasında ilk rəqibimiz "Şiroki Briyeq" klubudur. Rəqibi elə də tanımırıq, amma Bosniyanın yaxşı klublarından biri olduğunu bilirik".
Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin üzvü Ruslan Tağızadə bildirib. O, "Şiroki Briyeq"lə ilk oyunun evdə olmasından da danışdı:
“İlk oyunu evdə oynayacağıq. Fikirimcə şanslar eynidir. Çalışacağıq ki öz meydanımızda sərfəli nəticə ilə səfərə yaxşı əhvalda gedək. Rəqibin kimliyindən asılı olmayaraq biz öz oyunumuzu oynasaq bizim üçün hər şey yaxşı olacaq. Əsas məqsədimiz bacardığımız qədər mərhələ keçməkdir. Amma indi qarşıda duran vəzifə 1-ci mərhələdir. İnanıram ki, yeni baş məşqçimizlə bu mərhələni adlayacağıq”.
saytlarin hazirlanmasi