Avrokuboklarda mübarizə aparan klublarımızın rəqibləri artıq bəllidir
Təsnifat mərhələsində ən güclü rəqib "Qəbələ"yə qismət olub.
Sportal.az xəbər verir ki, ilk oyunlar iyulun 3-də start götürəcək. "İnter" və "Qəbələ" 1-ci, "Neftçi" isə 2-ci mərhələdən turnirə başlayacaq.
Premyer Liqanın qalibi "Qarabağ" isə Çempionlar Liqasında 2-ci mərhələdən qoşulacaq. Uzun müddət Azərbaycanda işləmiş türkiyəli mütəxəssis Mehmet Ak püşkü belə dəyərləndirib:
"Fikirimcə yaxşı mübarizə gedəcək. Hər dörd klub ilk mərhələni keçəcək. Üçüncü mərhələdə isə daha güclü rəqiblər olacaq. "Qarabağ"a asan rəqib düşüb. Bu mərhələni keçəcəyi halda püşk Ağdam klubuna daha çətin rəqib ilə üzləşdirə bilər. Bunun üçün yaxşı hazırlaşmaq və transferlər etmək lazımdır".
Qeyd edək ki, "Qarabağ" Maltanın "Valletta" klubu ilə qarşılaşacaq. İlk oyun Maltada keçiriləcək və Bakı vaxtı ilə 21:30-da start götürəcək.
saytlarin hazirlanmasi