- İlk olaraq, təlim-məşq toplanışı üçün nədən Türkiyəni seçdiniz?
- Biz Türkiyə ilə bir millət, iki dövlətik. Hər hazırlığımızı burada keçiririk , çünki digər güclü komandalar da toplanış üçün bura gəlirlər və burada hər cür şərait var. Son dörd ildə üç dəfə çempion olmuşuq, iki dəfə ölkə kubokunu qazanmışıq. İki il əvvəl Avroliqanın qrup mərhələsində oynadıq. Bu illər ərzində Türkiyə klubları ilə yoxlama oyunları keçirmişik. "Beşiktaş", "Fənərbaxça", "Orduspor", "Karabükspor" kimi komandalarla qüvvəmizi sınadıq. Türkiyədə hazırlıq keçmək bizim üçün çox rahatdır. Türk futbol funksionerləri azərbaycanlı futbolçuları izləməlidir. Ölkəmizdə Mustafa Dənizli, Bülənt Qorxmaz və digər türkiyəli mütəxəssislər çalışıb. Onlar da bilir ki, Azərbaycan çempionatı çox çətindir və bizdə çox istedadlı futbolçular var. İstərdim ki, qısa zamanda Türkiyə Superliqasında azəri futbolçular da oynasın.
- Türkiyə çempionatını yaxından izləyirsiniz?
- Əlbəttə, hər zaman yaxından izləyirəm. Təəssüf ki, futbolunuz gözlədiyimiz səviyyədə deyil. Xərclənən pullar qarşılığında milli komandanız daha yaxşı nəticələr göstərməlidir. "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın Avropada söz sahibi olmasını istəyirik. "Qalatasaray" Fatih Terimin, "Fənərbaxça" Zikonun vaxtında bunu bacarıb. Arzu edirik ki, daha böyük uğurlar qazanıb daha yaxşı yerlərə gedər.
- Beş ildir ki, "Neftçi"də çalışırsınız. Gəldiyiniz illə indiki zaman arasında komandanızda dağlar qədər fərq var var. Bunu nəyə borclusunuz?
- Biz klub prezidenti ilə yeni bir idarə heyəti qurduq və hər şeyə sıfırdan başladıq. Çünki "Neftçi"nin tarixi kökü var. Eyni zamanda düzgün addımlar ataraq komandanı irəli apardıq. Daim aşağı yaş qruplarından 17, 18 yaşda olan futbolçularımıza qorxmadan əsas komandada şans veririk. Bu sarıdan heç bir problemimiz olmayıb. Çox istedadlı futbolçularımız var. Hətta onlar Türkiyə superliqasının aparıcı klublarında da oynaya bilər. İstədiyim odur ki, burdakı klub idarəçiləri Azərbaycandakı futbolçuları da diqqət mərkəzində saxlasınlar.
- Azərbaycan və Türkiyə arasında futbol mədəniyyətinin birləşməsi baxımından nələr edilməlidir?
- Bir daha təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda çalışan türkiyəli baş məşqçilər Premyer Liqamıza yuxarıdan aşağı baxırlar. Amma tarixə nəzər salsaq, görərik ki, 20-30 il əvvəl "Neftçi" SSSR-i çempionatında oynayarkən Türkiyə futbolu çox aşağı səviyyədə idi. 70-80-cı illərdə də Azərbaycan futbolu Türkiyədən geri qalmırdı. Türkiyəli mütəxəssislər bizim futbolumuza yuxarıdan aşağı baxdıqları üçün bu gün Azərbaycan heç bir uğur qazana bilmirlər. Son olaraq Mustafa Dənizli Premyer Liqamızda çalışdı və o da nailiyyət əldə etmədi. Amma Dənizli kimi bir məşqçi Azərbaycana gəlirsə, uğur qazanmağa məcburdur. Bunun da səbəbi Dənizlinin bzim çempionata yuxarıdan aşağı baxırdı İnanıram ki, yaxın gələcəkdə Azərbaycan və Türkiyə futbolu əl-ələ verib yaxşı yerlərə yüksələcək.