- “Bakı”nın icraçı direktoru Yaşar Seyidov bildirib ki, Pantiç sənin Bakıda qalmağını istəyib və klub da səni saxlayacaq...
- Mən həmin açıqlamanı oxumamışam. Klubdakı durumumu isə bilmirəm. Sabah (bu gün) hər şey bilinəcək. Hə, hə, yox, yox...
- Bu şəraitdə klubda qalmağı düşünmürsən?
- Bilirsiniz necədir, həmin problemlər öz aktuallığını qoruyur. Biləcəyik ki, nə olacaq. Komanda toplanışa getməlidir, amma hələ ortada heç nə yoxdur. Məsələlər, problemlər qalır.
- Belə çıxır ki, vəziyyət düzəlməsə, səfərə getməyəcəksən?
- Bilmirəm, heç nə bilmirəm... 6 aydır maaş yoxdur. Sənin cibində bir qəpik olmasa, necə futbol oynaya bilərsən? Çox çətindir, heç toplanışa da getmək olmaz.
- “Xəzər Lənkəran”la konkret söhbətin olub?
- Konkret olmasa da, söhbət eləmişəm. Amma ilk növbədə transfer vərəqimi almalıyam. İlk növbədə “Bakı” ilə razılaşmalıyam. Ola bilər ki, Pantiç məni saxlamaq istəyir. Amma Pantiçin istəməsiylə deyil... Bütün bunlar başa düşüləndir. Amma vəziyyət düzəlməyəndən sonra mənim orada qalmağımın nə mənası var?Məncə, heç bir mənası yoxdur. İnşallah, ümid edək, gözləyək...