Dünən mətbuatda “Sumqayıt”ın bir neçə gün əvvəl transfer etdiyi Ruslan Poladovun yenə sabiq klubu “Simurq”a qayıtdığı barədə xəbərlər gəzirdi.
Sportal.az bu məsələdə bir neçə özəl məlumat əldə edib. Belə ki, “Simurq”la müqaviləsi başa çatan Ruslan Poladov yenidən klub rəhbərliyi ilə razılığa gələrək müqavilə uzadacağını bildirib. Lakin bir müddət sonra Poladovun telefonuna zəng çatmır və daha sonra “Simurq” rəhbərliyi futbolçunun “Sumqayıt”a transferini öyrənir. Bir müddət “Sumqayıt”la məşq etdikdən sonra isə kapitan yenidən “Simurq”a qayıtmaq istədiyini bildirərər sabiq komandası ilə danışıqlar aparır. Poladovun bu hərəkəti isə futbolsevərlər tərəfindən təəccüblə qarşılanır.
Son olaraq, Ruslan Poladov müsahblərində “Sumqayıt”dan ayrıldığını bildirsə də, “Sumqayıt” rəsmilər bu xəbəri təkzib edib.