Klub prezidenti Sportal.az-ın xəbərinə reaksiya göstərdi

13:24 - 29 İyun 2014

"Ola bilsin, bunu bizdən ayrılan futbolçulardan kimsə desin"
 
Dünən saytımız I Divizion təmsilçilərindən "Qaradağ Lökbatan"ın dağılması ilə informasiya daxil oldu və həmin məlumatı sizlərə təqdim etmişik.
 
Bu xəbərə klubun prezidenti Tahir Mustafayev dərhal reaksiya verdi və Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
 
"Artıq komanda olaraq iki seleksiya xarakterli məşq keçmişik. İyulun 1-dən etibarən dəə komandanın heyəti məlum olacaq və təlim-məşq toplanışlarına start verəcəyik. Hazırlığın ilk mərhələsi Bakıda olacaq, daha sonra isə Gürcüstana yollanacağıq. Orada da 5 yoxlama oyunu keçirəcəyik. Komandanın dağılması ilə bağlı gəzən xəbərlər doğru deyil, ola bilsin ki, bunu bizdən ayrılan hansısa futbolçu incidiyinə görə bildirib. Növbəti mövsümdə daha möhtəşəm "Qaradağ Lökbatan" görəcəksiniz. Hətta keçən mövsüm heyətə qata bilmədiyimiz oyunçuları artıq komandaya cəlb etmişik".

Xəbər xətti