Əfran İsmayılov: "Xırdalıqlara getsəm, sərbəst futbolçu ola bilərəm" MÜSAHİBƏ

15:44 - 1 İyul 2014

"Mənim bu komandalarla danışığım olmayıb"
 
"Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılovun Sportal.az-a müsahibəsi
 
- Mətbuatda yayılan xəbərlərə görə, məşqlərə qatılmırsan?
- Kim deyir onu? "Bakı"nın bazasında fərdi qaydada məşq edirəm. Bunlar hamısı yalan informasiyadır.
 
- 5 aydır ki, maaş almırsan. Bildiyimiz qədər, əgər futbolçu 3 ay maaş almasa, sərbəst futbolçu olur. İndi sən sərbəst futbolçusa, yoxsa "Bakı" ilə müqavilə var?
- Onu deyə bilmərəm. Belə xırdalıqlara getsəm, sərbəst futbolçu olaram. Amma hazırda "Bakı" ilə müqaviləm, konkret nəsə etmək olmur. Hələ gözləyirik.
 
- "Bakı" rəhbərliyi nə deyir bu məsələyə?
- Bizə heç kim yaxınlaşıb heç nə deməyib. Dərdimizi danışa biləcəyimiz bir adam yoxdur. Komandada heç kim bilmir nə olacaq. Baş məşqçi bilmir nə olacaq, futbolçular hardan biləcək?.
 
- Yaşar Seyidov apasport.az saytına açıqlamasında Əfran İsmayılovla Cavid Hüseynovun "İnter" və ya "Neftçi"yə keçmək ehtimal olduğunu bildirib. Bu informasiya doğrudur?
- Yox, bu xəbər yanlışdır. Deyə bilmərəm ki, Seyidov bu informasiyanı hardan əldə edib. Amma mənim bu iki komanda ilə danışığım olmayıb.

Xəbər xətti