Onlar Elxan Məmmədovla görüşüb
"Bakı"nın futbolçuları Əfran İsmayılov və Rauf Əliyevin maaş ala bilmədiklərinə görə komanda ilə birlikdə məşqlərə qatılmadığı xəbərini vermişdik.
Sportal.az-a AFFA-da çalışan şəxslərdən birinin verdiyi məlumata görə, futbolçular dünən AFFA-ya üz tutublar. Orada baş katib Elxan Məmmədovla görüşən millimizin üzvləri "Bakı"dakı vəziyyətdən danışıblar və 5 aydır maaş verilmədiyinə görə transfer vərəqəsini almaq istədiklərini bildiriblər.
Hətta onların sərbəst futbolçu olmaları üçün ərizə yazdıqları barəsində də məlumat əldə etdik.
saytlarin hazirlanmasi