"Hazırda futbolçu ilə danışıqlar gedir"
"Xəzər Lənkəran" braziliyalı Elias de Ribeiro və Vyekeslav Tomiçlə müqavilələrə vaxtından əvvəl xitam verərək vaxtından əvvəl komandadan göndərilib.
Sportal.az futbolçulara təzminat ödənilib-odənilməməsi məsələsini araşdırıb. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında bu məsələyə aydınlıq gətirib:
"Tomiçlə müqaviləyə qarşılıqlı şəkildə xitam verildiyindən heç bir təzminat ödənilməyəcək. Eliasla isə təzminat məsələsində danışıqlar davam edir və artıq son mrəhələdədir. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək".
saytlarin hazirlanmasi