"Qəbələ"nin yeni transferi: "Şiroki Briyeq"lə matçda qalib gəlməliyik"

12:00 - 3 İyul 2014

"Amma meydana çıxıb əlindən gələni edəcəyimə söz verə bilərəm"
 
"Komandaya gec qoşulsam da, kömək etməyə hazıram. Deyə bilmərəm ki, fiziki cəhətdən 100 faiz hazıram. Amma meydana çıxıb əlindən gələni edəcəyimə söz verə bilərəm”
 
Bu sözləri Sportal.az-a açıqlamasında “Qəbələ”nin  yeni transferi Adrian Ropotan bildirib. O, axşam saatlarında qarşılaşacaqları “Şiroki Briyeq” matçı haqda da öz fikirlərini açıqlayıb:
 
“Fikrimcə, “Qəbələ” rəqibdən daha güclüdür. Bu matçda biz qalib gəlməliyik, çünki avrokuboklarda ”Qəbələ”nin ilk oyunudur, həm də evdə oynayırıq. İnanıram ki, azarkeşlər bizi bu gün tək qoymayacaq”

Xəbər xətti