"Millinin futbolçularından da razı qalmadım"
"Qəbələdə futbol bayramı idi, Avroliqada debüt oyunu idi, baxmayaraq ki, nəticə pis oldu. Komandada bəzi çatışmazlıqlar var. Hiss olunurdu ki, oyunçuların bəziləri təzədir tam hazır deyillər. Xüsusilə də, rəqibin futbolçuları bir-birini daha yaxşı başa düşürdü. Düşünürəm ki, “Qəbələ” səfərdə qalib gəlmək üçün oynayacaq”.
Bu sözləri Sportal.az-a açıqlamasında millimizin məşqçisi Mahmud Qurbanov “Qəbələ” – “Şiroki Briyeq” (0:2) oyunundan sonra bildirib. O, millinin üzvlərindən razı qalmadığını da dilə gətirib:
“Millinin futbolçularından da razı qalmadım. Onlar da meydanda heç nə ilə seçilmədi”
saytlarin hazirlanmasi