"Biz də üzülürük ki, onlar stadionu məyus halda tərk etdilər"
"Qəbələ"nin yarımmüdafiəçisi Nizami Hacıyevin Sportal.az-a müsahibəsi:
- “Şiroki Briyeq”ə 2:0 hesabı ilə məğlub oldunuz...
- 2-0 hesablı məğlubiyyəti gözləmirdik. Bilmirəm nə deyim. Əlimizdən gələni etdik. Amma həm müdafiədə, həm yarımmüdafiədə və həm də hücumda səhvlərə yol verdik.
- Bu səhvlər nəyin nəticəsidir?
- Oyundan qabaq da iclasda baş məşqçi dedi ki, hər şeyə görə məşqçi cavab verəcək, ona görə də əlimizdən gələni etməliyik. Səhvlərimiz barədə nəsə deyə bilmərəm. Yəqin yaxşı hazırlaşmamışdıq. Nəbilim ...
- Cavab oyununda nəyə ümid etmək olar?
- Cavab oyununda ümid böyük deyil. Amma ümidimiz az da olsa var, məsələn “İnter”lə oyunda da “Lex”ə 1:0 uduzmuşduq, sonra qalib gəlib mərhələ keçə bildik. Amma 1:0 başqa hesabdır, 2:0 başqa. Maksimum çalışmalıyıq ki, yaxşı nəticə əldə edək, növbəti mərhələyə adlayaq.
- Bu oyundan sonra sanki azarkeşləriniz də sizdən küsdü..
- Azarkeşləri itirmək olmaz. Biz də üzülürük ki, onlar stadionu məyus halda tərk etdilər. Amma nə etmək olar? 15-20 gün məşq edib oyuna çıxdıq, bu da öz sözünü dedi. Səfərdə çalışmalıyıq ki, əlimizdən gələni edib hücum futbolu oynayacağıq ki, istədiyimiz nəticəmi qazanaq. Rəqibimiz elə də güclü deyil.
- Amm sizdən güclü oynadılar..
- Razıyam, onlar bu dəfə daha güclü idi, xüsusi ilə hücum xəttləri yaxşı idi, bizdə isə hücum xətti soyuqqanlı oyun göstərməli idi, amma təəssüf olsun ki, zəif təsir bağışladı.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi