"Sonra hesabı 3:0-a çatdırsaq da, kobud səhvlərə yol verdik"
"Oyuna yaxşı başladıq, matçın əvvəllərində lazım olan qolları vura bildik. Sonra hesabı 3:0-a çatdırsaq da, kobud səhvlərə yol verdik və qapımızda iki qol gördük. Hesab 3:0 olanda komandada bir az arxaynçılıq oldu. Ümumiyyətlə pis oynamadıq. Amma cütün taleyini burda həll edə bilərdik, işimizi çətinləşdirdik".
Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"İn kapitanı Asif Məmmədov "İiraspol"la matçdan sonra bildirib. O, komandasının bu oyunda sırf müdafiə futbolu oynamasına belə münasibət bildirdi:
"Biz elə də müdafiəyə oturmamışdıq amma riskə də getmək istəmirdik. 3 qol vurmuşuqsa, müdafiədə oynamaq söhbət belə gedə bilməz."
Məmmədov öz oyunu və növbəti mərhələyə yüksəlmə şanslarından da danışdı:
"Yox, bizi bir həftə sonra çətin oyun gözləyir. İndidən heç nə demək olmaz. Bu müddətdə bu oyuna ciddi hazırlaşıb qələbə qazanmaq istəyirik
Mən də istəyirəm ki, bunu edim. Çalışacam ki, komandaya xeyirli bir oyunçu olum".
saytlarin hazirlanmasi