"Qəbələ"nin hücumçusu: "Bir az vaxta ehtiyacımız var" MÜSAHİBƏ

12:44 - 4 İyul 2014

Mendi: "İkinci hissə topa sahib olmanı itirdik"
 
"Qəbələ"nin hücumçusu  Viktor Mendinin Sportal.az-a müsahibəsi:
 
 
-    “Şiroki Briyeq”ə 2:0 hesabı ilə məğlub oldunuz. Məğlubiyyətin səbəbi nə idi?

-    Təbii ki, bu nəticə bizim üçün yaxşı sayıla bilməz. Birinci hissə yaxşı oynadıq, amma ikinci hissə topa sahib olmanı itirdik. Beləliklə, rəqib iki qol vurdu. Rəqib fiziki cəhətdən daha güclü idi, müdafiə xətti  də keçilməz idi.

-    Razısanmı, “Qəbələ” fiziki cəhətdən tam hazır deyildi?

-    Xeyr, fikrimcə biz hazırıq. Sadəcə komanda bir-birini başa düşmürdü, bizim bir az vaxta ehtiyacımız var, çünki heyətdə yeni və gənc futbolçular var. Cavab oyunu 1 həftədən sonra olacaq, ona kimi komanda olaraq tam hazır vəziyyətdə olacağıq.

-    “Qəbələ”nin növbəti mərhələyə yüksəlmə şansını necə dəyərləndirirsən?

-    Bu barədə nəsə deyə bilmərəm. 2:0 hesabı çox çətin hesabdır, amma biz səfərdə yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Qarşıda bir həftə var, bu müddətdə çox çalışmalıyıq.

-    Azarkeşləriniz sanki sizdən küsdü?

-    Dəstəyə söz ola bilməzdi, biz də istəməzdik ki, onlar belə məyus halda stadionu tərk etsin. Amma nə etmək olar ? Bu dəfə alınmadı. Bu barədə çox danışmaq istəmirəm.

-    Bu oyunda “Qəbələ”nin hücum xətti passivliyi ilə seçildi. Bəlkə yarımmüdafiəçilər sizi topla təmin edə bilmirdi?

-    Yox, hər kəs əlindən gələninin ən yaxşısını etdi. Sadəcə hücumda vaxtında pres edib onların hücum başlamasına mane ola bilmirdik.

Xəbər xətti