Slovakiyalı futbolçu "Qəbələ"də

15:54 - 5 İyul 2014

Farkaş artıq Bakıdadır
 
Slovakiya millisinin sabiq üzvü Pavol Farkaş yaxın günlərdə "Qəbələ" ilə müqavilə imzalayacaq.
 
Sportal.az Sportnet.az-a istinadən xəbər verir ki, artıq 29 yaşlı mərkəz müdafiəçisi Bakıdadır.

"Qəbələ"də baxışa oyunçu dəvət etmək praktikasının olmadığını nəzərə alaraq, Farkaşın birbaşa müqavilə üçün gəldiyini demək olar.

Qeyd edək ki, Pavol Farkaş karyerası ərzində Slovakiyanın "Nitra", "Petrjalka", Rumıniyanın "Vaslui", İtaliyanın "Kyevo" və B Seriyasında mübarizə aparan "Ternana"da icarə əsasında çıxış edib.

Xəbər xətti