"Qəbələ"nin futbolçusu söyüş məsələsinə aydınlıq gətirdi: "Əsəblərimi cilovlaya bilmədim"

12:07 - 6 İyul 2014

"Azarkeşə söyüş söymədim, sadəcə kobud cavab verdim"
 
Son vaxtlar mətbuatda “Şiroki Briyeq”lə oyundan sonra “Qəbələ”nin gənc futbolçusu Ruslan Tağızadənin azarkeşə qarşı söyüş söydüyü barədə informasiya gəzirdi.

Bu məsələyə gənc futbolçunun özü Sportal.az-a açıqlamasında aydınlıq gətirib:

“Həmin azarkeşi başa düşürəm, məğlubiyyəti həzm edə bilmir. Amma o edə bilmədiyi kimi, mən də edə bilmirəm. Əsəbi idim, mənə kobud şəkildə söz dedi, hirsimi cilovlaya bilmədim. Və kobud şəkildə cavab verdim, amma mən orda söyüş söyməmişəm.
Mənim Qəbələ camaatı və “Qəbələ” azarkeşlərinə hörmətim böyükdür. Bunu buraya gələn gündən hərəkətlərimlə bildirmişəm. Bu, yalandan “Qəbələ” deyib məğlubiyyətdə danışan, qələbə qazananda sakit durana aid deyil və həmin azarkeşdən də üzr istəyirəm”

Xəbər xətti