"Xəzər Lənkəran" rəsmisindən İbrahim Toraman xəbərinə sərt reaksiya: "Guya biz ala bilmədik"

00:02 - 8 İyul 2014

"Bunlar hamısı boş xəbərlərdir"

Mətbuatda “Beşiktaş”ın futbolçusu İbrahim Toramanın adı “Xəzər Lənkəran”la hallanırdı.

Bu məsələyə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında aydınlıq gətirib:

“Hər dəfə Türkiyənin bir futbolçusunu “Xəzər Lənkəran”la hallandırarlar. Sonra da bəzi saytlar yazır ki, XL filan futbolçunu heyətinə qata bilmədi. Guya biz istəyirdik ki, ala bilmədik. Amma biz bu futbolçularla heç maraqlanmamışıq. Bunlar hamısı boş xəbərlərdir”

Xəbər xətti