Millət vəkili: "Bu məşqçi ilə dünya çempionatında iştirak etməyimiz mümkün deyil"

11:02 - 8 İyul 2014

"Heç maddi baxımla da bağlı deyil"
 
Braziliyada keçirilən dünya çempionatı hər kəsin maraq dairəsindədir. O cümlədən siyasətçilərin də. Millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında mundialla bağlı fikirlərini bölüşüb. Millət vəkili Braziliya azarkeşi olduğunu deyib.
 
Sportal.az xəbər verir ki, o, komandasının yarımfinala adlamasından məmnun qaldığını bildirib:

 “Lap əvvəldən demişdim ki, Brazilya azarkeşiyəm. Fikrimin üzərində də dayanıram. Qarşıda Brazilyanın Almaniya ilə görüşü var. Hesab edirəm ki, Brazilya qalib gələcək. Düşünürəm ki, finalda azarkeşlik etdiyim komanda Argentina ilə üz-üzə gələcək. Amma  Argentina da güclü komandadır. Çempionatda Əlcəzair də yaxşı oyun göstərdi. Kosta Rika görünməmiş bir uğura imza atdı.. Çox gözəl oyun sərgilədi,  1/4  finala qədər gəldi”.

 
Millət vəkili nə vaxtsa Azərbaycanın da belə uğura imza tacağına inandığını bildirdi. Ancaq Siyavuş müəllim Berti Foqtsla bunun mümükün olmayacağına da eyham vurdu:

“İnşallah gün o gün olar bizim komandamız da Kosta Rika səviyyəsinə gəlib çatar. Ümid edirəm ki bizim milli komanda da dünya çempionatında iştirak edəcək.  Bu idmandır, dövlətin  kiçikliyindən, böyüklüyündən  asılı deyil. Heç maddi baxımla da bağlı deyil. Ölkənin varlılı-kasıb olmasının heç bir əhəmiyyəti yoxdur.

Ənənədən aslıdır. Onlarda ənənəvi şəkildə futbol inkişaf edib. Bizdə də digər idman növləri inkişaf edib. Futbol meyvə kimidir. Gərək ağacını əkəsən ki, barını görəsən.  Amma etiraf edək ki, bu heyətlə, bu komanda, bu məşqçi ilə dünya çempionatında iştirak etməyimiz mümkün deyil. Qrup mərhələsində ən az xal toplayan komandalardan olduq. Taktikanı da dəyişməliyik”.

Xəbər xətti