"İnter"də "Tiraspol"la matçöncəsi ciddi itki

16:01 - 8 İyul 2014

Məmmədov zədələnib
 
"İnter" Avropa Liqasının birinci təsnifat mıərhələsinin cavab görüşündə öz meydanında qonaq edəcəyi Moldova "Tiraspol"u ilə oyuna ciddi itki ilə çıxacaq.

Sportal.az idmanxeber.com-a istinadən xəbər verir ki, moldovanlarla oyun öncəsi məşq zaman Elvin Məmmədov zədələnib. Topuğu şişən futbolçunun zədəsi ciddidi və onun iyulun 10-da "Tiraspol"la cavab matçında meydana çıxma ehtimalı olduqca azdı.

Qeyd edək ki, "bankirlər"in yeni transferi olan Elvin Məmmədov Moldovadakı ilk matçda özünü ən yaxşı tərəfdən göstərən futbolçulardan idi.

 

Xəbər xətti