Bu məsələyə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
“Tounkaranın meneceri ola bilsin ki, futbolçudan yaxşı pul qazanmaq üçün min bir oyuna əl atır. Bununla belə, “Xəzər Lənkəran”ın Sadioya bir manat da borcu yoxdur. Biz onu 2012-ci ildə Malidə çıxış etdiyi klubdan alanda Sadio Tounkara vətənində 10 litr suya və 5 ədəd “Coca Cola”ya oynayırdı. “Xəzər Lənkəran” onun müqaviləsində olan bütün şərtləri yerinə yetirib və maaşını da ödəyib. Hazırda da futbolçunun bizimlə müqaviləsi davam edir və bunu da FİFA təsdiq edir"