"Xəzər Lənkəran" türk futbolçu ilə maraqlanır

19:16 - 8 İyul 2014

Cənub klubu yeni müdafiəçi transfer edir?
 
"Xəzər Lənkəran” “Şanlıurfaspor”dan daha bir futbolçu transfer etmək istəyir. “Ağ-yaşıllar”ın türkiyəli baş məşqçisi Oğuz Çətin ötən mövsümü PTT I liqa təmsilçinin heyətində keçirmiş 24 yaşlı müdafiəçi Kağan Timurçin Konuku heyətə qatmaq fikrindədi.

Sportal.az xəbər verir ki, bu barədə türkiyəli futbolçunun meneceri Tamer Özçam yerli mətbuata açıqlamasında məlumat verib. Menecer bildirib ki, Oğuz Çətin məsələ ilə bağlı onunla danışıb. Əgər son anda hər hansı bir ciddi problem meydana çıxmasa, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, “Xəzər” buna qədər Aleksandr Şemonayev, Rəşad Sadiqov, Qalin İvanov, Alfred Sanko və Fernandinyo ilə sözləşmə imzalayıb.


 

Xəbər xətti