Erməni futbolçu Bakıya gətirilməyəcək

19:47 - 8 İyul 2014

"Tiraspol" bir futbolçusu heyətdən çıxardı
 
Moldovanın "Tiraspol" klubunun futbolçu Artyom Xaçaturov Bakıda "İnter"lə keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə iştirak etməyəcək.
 
Sportal.az xəbər verir ki, bu barədə Sportnet.az-la az öncə əlaqə saxlayan "İnter"in prezidenti Georgi Nikolov məlumat verib.

Onun sözlərinə görə, "Tiraspol" rəhbərliyi bir neçə gün öncə göndərdiyi ilkin siyahıda dəyişiklik edərək, Ermənistan millisinin müdafiəçisini Bakıya gətirəcəyi heyətdən çıxarıb. Bununla da Nikolov Xaçaturovun gəlişinə etiraz edən azarkeşləri sakit olmağa çağırıb.

Qeyd edək ki, "İnter"lə "Tiraspol" arasındakı qarşılaşma iyulun 10-da saat 21:00-da başlanacaq. İlk görüşdə Azərbaycan təmsilçisi səfərdən qələbə ilə ayrılıb - 3:2

Xəbər xətti