Sadio üçün son şans
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran"ın malili futbolçusu Sadio Tounkara hazırda Sloveniyadakı təlim-məşq toplanışında iştirak etmir.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə,komanda artıq Sadionun hərəkətlərindən təngə gəlib. Əgər Tounkara həftəsonuna kimi komandaya qoşulmasa, o zaman cənub klubu futbolçunu FİFA-ya şikayət edəcək.
Xatırladaq ki, futbolçunun komanda ilə hələ birillik müqaviləsi var.
saytlarin hazirlanmasi