Müasir Müsavat partiyasının sədri Hafız Hacıyev də çılğın futbol azarkeşi kimi tanınır.
- Bizə kimi də gətirsələr xeyri yoxdu. Çünki bizdə sifarişlə oynadılan futbolçular var ha, onların sayəsində mümkün deyil. “Filankəsin qızının oğlu oynasın, filan xanımın oğulu çıxsın meydana” bunlar olduqca mümkün deyil. Təəssüf ki, bu sifarişlər bizim idmanımıza da sirayət edib. Bu da çox üzücü durumdur. Bizdə yaxşı oyunçular var, onlarla səviyyəli komanda qurmaq olar. Nə etmək olar, onları oyuna buraxmırlar, maması, xalası göyçəklər irəli gedir, güclülər qalır arxada.Bu heyətlə nə isə qazanmağımız mümkün deyil. Özümüzü yormayaq. Azərbaycan futbolunu pis günə qoyublar. Dövlətin ayırdığı milyonlarla vəsaiti göyə sovurublar. Onun kökü başqa yerə gedib çıxır. Qalsın sonraya, bunu bu gün araşdırmayaq. Adam danışanda da, danışmayanda da ürəyi ağrıyır.