Yalnız yerli futbolçular məşqə çıxır
"Bakı"da maliyyə problemlərinin olması hamıya məlumdur.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, bu gün komandada vəziyyət son həddə çatıb. Belə ki, legioner futbolçulardan yalnız ikisi məşqə çıxıb. Bunlar Yure Travnere və Georgious Pelagrousdur. Digər legionerlər isə maaşları alana kimi məşqlərə çıxmamağı qərara alıblar.
Əldə etdiyimiz digər bir məlumata görə, artıq Pantiçin köməkçiləri də "Bakı"nı tərk edəcəklər. Pantiç onlarla danışaraq geri çağırıb.
saytlarin hazirlanmasi