Kaxaber Sxadadze: "Rəqib haqqında heç bir məlumatım yoxdur"

20:45 - 9 İyul 2014

"Futbolçulara lazımi iradlarımı bildirmişəm"
 
 
Paytaxtın "İnter" klubu Avropa Liqasında cavab oyununa çıxacaq.
 
İlk oyunda 3-2 hesabı ilə qələbə qazanan "Ağ-göylər" bu oyunda da favorit görünür.
 
Sportal.az xəbər verir ki, bu gün baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. "İnter"in baş məşqçisi Kaxaber Sxadadze açıqlamasında bunları deyib:
 
"Sabahkı oyuna çox ciddi hazırlaşırıq. Səfərdəki oyunda 3-0 irəlidə olmağımıza baxmayaraq iki qol buraxdıq. Öz səhvlərimiz idi. Səhvləri analiz etmişik. Futbolçulara lazımi iradlarımı bildirmişəm. Elvin  Məmmədov sabah oynamayacaq. Lakin onun oynamaması inanmıramki bizim oyunumuza təsir etsin. Onu əvəz edəcək kifayət qədər futbolçumuz var. Elvin Məmmədov hələ öz performansını tam olaraq göstərə bilməyib. Ümüd edirəm ki, qarşıdakı oyunlarda performasnsını tam olaraq göstərə biləcək. Erməni futbolçu Bakıya gəlməyib. Mən bu suala cavab verə bilmərəm. Ola bilər ki bu sırf siyasi məsələlərlə bağlıdır. Bu mərhələni keçsək "Elfsborq" ilə qarşılaşacağıq. Hələ ki rəqib haqqında heç bir məlumatım yoxdur. Biz hələki sabah keçiriləcək oyuna köklənmişik. Rəqibi analiz etmək üçün hələ kifayət qədər vaxtımız olacaq"
 
Komandanın transfer planları haqqında da danışan təcrübəli mütəxəssis kluba yeni hücumçunun gələcəyini də deyib. "Komandaya yeni hücumçu transfer olunması gözlənilir. Yəqinki bu mərhələni keçsək növbəti mərhələdə yeni hücumçu transfer edəcəyik".
 
Qeyd edək ki, "İnter" - "Tiraspol" oyunu sabah 21:00-da "Şəfa" stadionunda keçiriləcək.

Xəbər xətti