Sloveniya təmsilçisi Bakıya gələcək
"Neftçi”nin Avroliqanın ikinci təsnifat mərhələsindəki rəqibinin adı rəsmən bəlli olub.
Sportal.az xəbər verir ki, flaqman üçüncü mərhələyə vəsiqə qazanmaq uğrunda gözlənildiyi kimi Sloveniyanın “Koper” klubu ilə üz-üzə gələcək. Sloveniya çempionatının gümüş mükafatçısı ilk təsnifat mərhələsində Çernoqoriyanın “Çelik” klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda səfərdə rəqibini 5:0 hesabıyla darmadağın edən Sloveniya təmsilçisi, cavab matçında da 4:0-lıq qələbə qazanıb.
Qeyd edək ki, “Neftçi” və “Koper” arasındakı ilk oyun iyulun 17-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi