Dənizli: "Çempionatın başlanğıcında mən Azərbaycanda olacam"

14:02 - 11 İyul 2014

Sabiq məşqçi "Xəzər Lənkəran"a qayıdır
 
Xəbər verdiyimiz kimi, Mustafa Dənizli verdiyi açıqlamada "Xəzər Lənkəran" komandasının idman direktoru olaraq fəaliyyətini davam etdirəcəyini bildirmişdi. O, bu ay gələcəyini desə də, Dənizli cəhbəsində sakitlik hökm sürməkdədir.
 
Sportal.az xəbər verir ki, məsələ ilə bağlı Mustafa Dənizli yenə Futbol11.az saytına danışıb:

"Mən səninlə danışdığımda gələcəyimi demişdim və bu qüvvədə qalır. Cənab Mənsimovla 3-4 günə görüşümüz baş tutacaq. İndi həm mənim, həm də onun şəxsi işləri olduğundan bu görüşümüz tez reallaşmadı. Əslində, tələsmirik də. Çünki, onunla gprüşüb, bütün məsələləri yoluna qoyacağıq və çempionatın başlanğıcında mən Azərbaycanda olacam."

Xəbər xətti