"Qarabağ" rəsmisi canlı yayım məsələsinə aydınlıq gətirdi

00:01 - 12 İyul 2014

"Biz sadəcə vasitəçilik edirik"
 
Son günlər ən çox müzakirə olunan məsələlərdən biridə ÇL-də debüt edən “Qarabağ”ın səfərdə “Valetta” ilə oyunun canlı yayımlanıb-yayımlanamayacağıdır.

Bu məsələyə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportal.az-a açıqlamasında aydınlıq gətirib:

“Biz oyunumuzun yayımlanmasında maraqlıyıq. Artıq neçə ildir ki, avrokuboklarda oyunlarımızın canlı yayımlanması üçün çalışmışıq.

Məlum olduğu kimi, bu, sadəcə bizdən asılı deyil. Yalnız bu məsələyə “İdman Azərbaycan” kanalı müəyyən maraq göstərib. Biz də məsələyə vasitəçilik edirik.

Hətta, püşk atmadan dərhal sonra klubla bu məsələ ilə bağlı görüş olub. Onlarsa yayımın hansı kanalda baş tutub-tutmayacağını bildirmişdilər.

“Qarabağ” FK canlı yayım məsələsinə hər zaman həssas olub və yenə də bu həssaslığı qoruyacaq”

Xəbər xətti