"Bakı" rəsmən dağılır ÖZƏL

10:34 - 12 İyul 2014

AFFA yardım etməyəcək
 
“Bakı”da maliyyə problemlərinin olması haqda xəbər vermişdik. Bu dəfə isə komandada vəziyyət son həddə çatıb.

Bu barədə Sportal.az bir neçə özəl məlumat əldə edib. Belə ki, “Bakı”nın sabiq futbolçusu Aleksandr Tomovskiyə olan borcunu ödəməyə pul tapa bilmir. FİFA tərəfindən isə “Bakı” klubu üçün qoyulan son vaxt 15 iyuldur.

Paytaxt klubu bu məsələdə AFFA-nın onlara yardımçı olacağını gözləsə də, federasiyanın planlarında “Bakı”ya yardım etmək yoxdur. Bu haldan sonra klub FİFA tərəfindən I Diviziona göndəriləcək.

Belə olan halda, isə klub
müflis etdiyini açıqlayacaq və avtomatik olaraq legioner futbolçuların komanda ilə olan müqavilələri etibarsız sayılacaq.

Xatırladaq ki, komandada son 5 ayın maaşları verilməyib.

Xəbər xətti