"Almaniya qalib gəlsə də, bu mənim üçün faciə olmayacaq"
Bu gün DÇ-2014 – də final oyunu keçiriləcək və bu qarşılaşmada Argentina və Almaniya milliləri üz-üzə gələcək.
Sportal.az bu oyunla bağlı bir neçə yerli futbol mütəxəssislərin proqnozunu öyrəndi.
Şahin Diniyev: “Mundial başlayanda demişdim ki, azarkeşlik etdiyim Argentina millisidir. Bu dünya çempionatında stabil çıxışı ilə Almaniya daha yaxşı təsir bağışlayır. Ümumiyyətlə, hər iki komandanın finalda oynamasına sevinirəm. Bəzən futbolda güclülər qalib gəlmir. Almaniya yığması digər komandalarla müqayisədə fərqli oyun göstərir. Qrup oyunlarını nəzərə alsaq, Almaniya oyununa görə Argentina millisini nisbətən üstələyir. Almaniyanın orta xətti böyük gücə malikdir. Taktika və futbolçuların fərdi ustalığına görə almanlar kağlz üzərində favorit hesab edirəm. Bəlkə də argentinalılar finalda indiyə kimi sərgiləmədiyi bir futbolu oynasınlar. Hərənin yazılmamış bir şah əsəri olur. Ola bilsin ki, argentinalılar da dünya çempionatında öz oyunları ilə şah əsərini yazsınlar. Argentina millisində əsasən güc Lionel Messinin üzərinə düşəcək. Oyunun taleyini bu futbolçu da həll edə bilər.
Elxan Abdullayev : “Final oyununa proqnoz vermək çətindir. Uşaqlıqdan Argentina yığma komandasına azarkeşlik edirəm və istərdin ki, qalib argentinalılar olsunlar. Almaniya millisi mundialda kollektiv oyunu ilə seçilir. Almaniya qalib gəlsə də bu mənim üçün faciə olmayacaq. Adətən Argentina millisini hücum futbolu ilə tanımışıq. İndi onlar tam fərqli oyun nümayiş etdirirlər. Əsasən hüçumların əks həmlələrlə qurur qol vuranda da onu qoruyub saxlamağı bacarır. Almaniya yığmasının güclü heyəti var. Xüsusən də Tomas Müller gözəl oyun göstərir”.
Yunis Hüseynov: “Fikrimcə, bu qarşılaşmada Almaniya favoritdir. Əslində həlledici matçda düzgün taktika quran komanda qalib gələcək. Almaniya millisində nizam – intizam yüksək səviyyədədi və komanda şəklində çox gözəl oyun göstərirlər. Argentina millisi Hollandiya ilə qarşılaşmada digər oyunlardan fərqli olaraq bir sistem qurdu. Müdafiədə etibarlı oynayaraq rəqibə boş zona vemədi. Ola bilsin ki, finalda argentinalılar tam başqa oyun göstərsinlər. İndiki halda Messi və Di Mariya cütrlüyünün oyunundan da çox şey asılıdır. Onlar komandanı arxasınca apara bilsələr finalda Argetina qalib gələcək”.
saytlarin hazirlanmasi