- Oyunun əvvəllərində elə də yaxşı başlamdıq, onlar da inanılmaz qol vurdular. Amma özümüzə inanırdıq ki, bu mərhələni keçəcəyik, şükürlər olsun ki, keçdik.
- Rəsmi oyunlarda “İnter” forması ilə ilk qolunu vurdun.
- Səfərdəki oyunda da qol vurmuşdum, amma hakim ofsayd qərarını verdi. Videolentə baxanda gördük ki, orda oyundan kənar vəziyyət yox idi, hakim təmiz qolumuzu saymamışdı. Bu oyuna çıxanda da, ilk növbədə çalışdım komandanın və məşqçinin mənə olan etimadımı doğruldum. Azarkeşlərə də çox sağol deyirəm ki, bizi sona qədər dəstəklədi.
- Komanda həm birinci, həm də ikinci hissədə elə bil oyuna bir az gec qoşuldu.
- Biz daha çox ehtiyyatlı oyuna üstün verirdik. Əgər bir qol buraxsaydıq, onda vəziyyət başqa cür olardı, açıq oyuna keçəsiydik. Bu da böyük risk idi.
- Sanki “İnter”də daha yaxşı formadasan..
- Güclü təlim-məşq toplanışı keçdik. Əsas odur ki, özümə çox inanıram. İstədiyimiz formaya düşmüşük. Amma dayanmaq lazım deyil, bir az da artırmalıyam. Çox güclü bir baş məşqçimiz var.
- Növbəti oyununuz “Elfsborq”ladır. Rəqib haqda məlumatın var ?
- Haqlarında bir az eşitmişəm, çox güclü komandadır. Amma bu bizi qorxutmur, çünki biz rəqibə görə yox, öz oyunumuzu oynayırıq. Əsas məqsədimiz “Elfsborq”u keçməkdir.
- Belə davam eləsən milli komandaya dəvət alacağına inanırsan?
- Təbii ki, hər kəs istəyər ki, milli komandada oynasın. Mənə də bunun üçün əlimdən nə gəlirsə, onu edəcəm. Ümid edirəm, mənə millidə oynamaq üçün bir şans verərlər, mən də özümü doğruldaram.