- “Trabzonspor”da əvvəl iki dəfə işləmişdim: 2004 və 2006-07 illərində. Klub rəhbərliyi bu mövsüm üçün məşqçilər korpusunu dəyişdirmək qərarını qəbul etmiş və məni yeni heyətə daxil etmək istəyiblər. Mənim üçün də vacib və dəyərli təklif oldu. Müzakirələrdə də klub rəhbərliyi ilə razılığa gəldim və işləməyə başladım.
- Yeni baş məşqçi Vahid Halilodziçlə əvvəldən tanışlığınız var idi?
- Halilodziçlə əvvəldən heç bir əlaqəm yox idi. Amma çox güclü baş məşqçidir. Əlcəzair millisini dünya çempionatında 1/8 final mərhələsinə çıxardı və layiqli oyun oynadılar. İnanıram ki, birlikdə daha yaxşı işlərə imza atacağıq.
- Bu mövsüm Azərbaycandan bir neçə futbolçu Türkiyə PTT I Liqa komandalarına transfer oldu. Həmin oyunçular Türkiyəda özlərini daha da inkişaf etdirə biləcəklər?
- Ötən mövsümlərdə PTT I Liqaya gələn futbolçuların çoxu özünü yaxşı tərəfdən göstərə bilmədi. Bu mövsümdə yalnız Mahir Şükürov və Vaqif Cavadovun Türkiyə klublarına keçidindən xəbərim var. Hər ikisinin də yaxşı performans sərgiləyəcəyini gözləyirəm. Buranın onlar üçün gözəl şans olduğunu düşünürəm.
- Vaxtı ilə “Qarabağ”da çalışmısınız. “Qarabağ” tarixində ilk dəfə bu il Çempionlar Liqasında iştirak edir. Komanda bu turnirdə daha yaxşı yerlərə gedə bilər?
- “Qarabağ”ın Avropada Azərbaycanı hər zaman olduğu kimi layiqincə təmsil edəcəyinə əminəm. Edilən transfer və komandanın son vəziyyətindən elə də xəbərim yoxdur. Ancaq baş məşqçi Qurban Qurbanov bə klub rəhbərliyi bu mövzuda çox təcrübəlidir.
- Vaxtı ilə rəhbərlik etdiyiniz “Qəbələ” isə Avroliqada uğursuz debütlə yadda qaldı.
- Avrokubokları erkən tərketməsinin səbəbini klubda və klubdan kənarda hamı yaxşı bilir. Uğurlar zamanla və belə təcrübələrdən öyrənilərək qazanılır. Yeni baş məşqçi Dorinel Muntyanu və sabiq komandam “Qəbələ”yə uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsümdə də Avropaya getmək şansı əldə edərlər və daha təcrübəli şəkildə uğur əldə edərlər.