"Biz Orxana güvənirik"
Son vaxtlar mətbuatda "Xəzər Lənkəran"ın "Qəbələ"nin qapıçısı Anar Nəzirov və "Bakı"nın qapıçısı Aqil Məmmədovla danışıqlar apardığı barədə məlumat yayılıb.
Bu məsələyə klubun mıtbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Orxan Sadıqlı "Xəzər Lənkəran"ın öz yetirməsidir, heç bir klub gənc qapıçıya bu qədər şans verməyib. Biz Orxana güvənirik. Amma ikinci bir qapıçıya ehtiyac var. Hələ ki, namizədlər arasında seçim aparırıq. Adı çəkilən qapıçıların klubları ilə müqaviləsi var və bu, mətbautın öz düşüncəsidir"
saytlarin hazirlanmasi