Tahir Süleymanov: "Əgər "Neftçi" "Koper"i keçə bilməsə, hamı getməlidir"

22:40 - 17 İyul 2014

Vitse-prezident istefa verdi
 
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Avropa Liqasında Sloveniya "Koper"inə qarşı oyundan sonra jurnalistlərə açıqlama verib.
 
Sportal.az xəbər verir ki, vitse-prezident istefa verdiyini bildirib:

"Biz son 4-5 ildə çox böyük uğurlara imza atdıq. Bu gün də yaxşı oynadıq. "Koper" biz qalib gəlmədi, biz özümüz onlara uduzduq. Bütün oyun tək qapıya keçdi. Əgər növbəti mərhələyə vəsiqə qazana bilməsək, heç kim klubda qalmamalıdı. Şəxsən mən Sloveniyaya getməyəcəm. Bu dəqiqədən etibarən mən artıq "Neftçi"də yoxam. əgər "Koper"bu mərhələni keçsə, hamı "Neftçi"dən getməldir".

Xəbər xətti