Böyükağa Hacıyev: "Cibində pulun olmasa, maşın ala bilərsən? " MÜSAHİBƏ

22:55 - 17 İyul 2014

"Şedevr əsərimi yazmamış futboldan getməyəcəm"
 
"Neftçi” klubunun baş məşqçisi Böyüka Hacıyev Avropa Liqasının II təsnifat mərhələsinin “Koper”lə ilk oyunundan (1:2) sonra   keçirilən mətbuat konfransında  jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:

- Buraxılan iki səhvə görə uduzduq. Rəqibi nə qədər təzyiqdə saxlasaq da, qol vura bilmədik. “Koper” həddən artıq müdafiəyə qapandı. Cavab oyununda başqa taktika fikirləşməliyik. Mərhələni keçə bilməsək, istefa verəcəm. İlk rəsmi oyunumuza çıxırıq. Əlbəttə ki, ilk oyun ağır olur. Futbolçuları çox da qınamıram. Müəyyən səhvlərimiz oldu.

-Sizcə, istefa şüarları sizə ünvanlanmışdı?
- Hər şeyə cavabdeh mənəm. Azarkeşləri qınamıram. Yəqin ki, onlar təzə nəfəs istəyir.

- Oyundan sonra paltardəyişmə otağına gec yollandınız, istefa haqda düşünürdünüz?
- Fikirləşirdim ki, yəqin getmək vaxtıdır. İstefa vermək kişilik əlamətidir. Mərhələ keçsək də, istefa verəcəm. Həmişə cəzamı çəkməyə hazıram.  Hər ailədə olduğu kimi “Neftçi”də müəyyən problemlər var. İndiyə qədər “Neftçi”də beş nəticə vermişəm. Bunu reklam üçün demirəm. Təəəssüf ki, ilk məğlubiyyətə görə, istefa şüarları eşitdim. Mən də işsiz qalmayacağam. Təkliflər var, yəqin ki, karyeramı davam etdirəcəyəm. Şedevr əsərimi yazmamış futboldan getməyəcəm.

 -Komandanı  hazırlamaq üçün niyə vaxtınız olmadı?
- Cibində pulun olmasa, maşın ala bilərsən? Bu gün əlimdə olan materialdan istifadə edirəm. Demirəm ki, futbolçularımız pisdir. Onların yaxşı oynaya bilməməsində də günahkar mənəm.

- Nazim Süleymanovla sizin nə fərqiniz oldu?
- Mən məşqçiyəm, alverçi deyiləm. Burada çox şeyi danışmaq istəmirəm. Məğlubiyyəti faciəyə çevirməyin. Həmən Böyükağa Hacıyevəm ki, komandam APOEL-ə səfərdə 3 qol vurdu.

 

Xəbər xətti