Araz Abdullayev: "Oyuna başlayanda istəyirdik ki..."

11:35 - 18 İyul 2014

"Ona görə bəzi çatışmazlıqlar oldu"
 
"Ağır oyun oldu, 90 dəqiqə hücum etdik və rəqibi hər bir komponentdə üstələdik. Oyuna başlayanda istəyirdik ki, ilk 15 dəqiqədə qol vuraq amma alınmadı. Və iki dənə heç nədən qol buraxdıq daha sonra rəqib 6 nəfərlə müdafiəyə oturdu”.

Bu sözləri Sportal.az-a açıqlamasında “Neftçi”nin futbolçusu Araz Abdullayev bildirib. O, növbəti mərhələ üçün şanslarının olduğunu da dilə gətirib:

“Mövsümün ilk rəsmi oyunu idi, hava da isti idi. Ona görə bəzi çatışmazlıqlar oldu. Amma hələ heç nə bitməyib. Sloveniyadakı oyunda qalib gələ bilərik, növbəti mərhələ üçün şansımızı itirməmişik".

Xəbər xətti