Avroliqa: "İnter" və "Neftçi"nin rəqibi məlumdur YENİLƏNİB

17:00 - 18 İyul 2014

Poetnsial rəqiblər məlumdur
 
Bu gün Nyon şəhərində UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.
 
Sportal.az xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edən "İnter"lə "Neftçi"nin də növbəti rəqibləri müəyyənləşəcək.

"İnter" dördüncü qrupda yer alıb və səpələnmişlər səbətindədi. Bu isə onun daha zəiflərin yer aldığı səpələnməmişlər səbətindəki aşağıdakı klublardan biri ilə düşəcəyindən xəbər verir:
 
"İnter" - "Elfsborq" - "Neman" (Belarus)/"Hafnafyurdur" (İslandiya) (1:1)

Azərbaycan Kubokunun qalibi "Neftçi" isə 5-ci qrupda səpələnməmişlər sırasında yer alıb. Bu da "ağ-qaralar"ın daha güclü rəqiblərlə düşməsini labüd edəcək:
 
"Neftçi"- "Koper" - Bursaspor (Türkiyə)/Çixura (Gürcüstan) (0:0)

Qeyd edək ki, "İnter" ikinci təsnifat mərhələsində səfərdə İsveç "Efsborq"u üzərində 1:0 hesablı qələbədən sonra mərhələ adlamağa çox yaxındı. "Neftçi" isə əksinə, evdə Sloveniya "Koper"inə 1:2 uduzduğundan, mərhələ adlamaq şansları o qədər də yüksək deyil.


 

Xəbər xətti