Mustafa Dənizlinin yeni vəzifəsi məlum olur: "Sevə-sevə gələrəm"

00:47 - 19 İyul 2014

"Pul problem deyil"
 
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli özünə yeni vəzifə tapıb.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizli bundan sonra "Beşiktaş"da çalışa bilər. Belə ki, komandada boş qalmış futbol direktoru postuna ən yaxın namizəd Dənizlidir. Hətta "ağ-qaralar"ın vitse-prezidenti mütəxəssislə görüşüb.
 
Mustafa Dənizlinin klub rəsmisinə belə cavab verib: "Mən "Beşiktaş"lıyam. Pul məsələsi problem deyil Siz məni vəzifəyə layiq görürsünüzsə, sevə-sevə gələrəm".

Xəbər xətti