"Qarabağ" –"Valetta" qarşılaşmasına yeni hakim

14:17 - 19 İyul 2014

Hakim təyinatında dəyişiklik
 
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 22-də, saat 21:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Valetta" (Malta) oyununa hakim təyinatında dəyişiklik edilib.
 
Sportal.az xəbər verir ki, qarşılaşmanı, əvvəlcədən xəbər verildiyi kimi, Avstriya deyil, Belarus təmsilçisi olan hakimlər idarə edəcək:
 
Baş hakim: Siarhei Tsynkevich
Baş hakimin köməkçiləri: Yauheni Ramanau, Vitali Maliutsin
Dördüncü hakim: Dzianis Shcharbakou
UEFA nümayəndəsi: Adrian İxari (Makedoniya)
Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan)

Xəbər xətti