Cənub təmsilçisi yenə də qalib gəldi
Sloveniya toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxan "Xəzər Lənkəran" Laviyanın "Yumala" komandası ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, matç təmsilçimizin qələbəsi ilə başa çatıb.
Start fiti səsləndikdən az sonra "Xəzər Lənkəran" erkən qola imza atdı. Fernando Qabriel cərimə zərbəsindən birbaşa zərbə ilə uzaq küncü dəqiq nişan aldı. Qoldan sonra ilk hissənin 30 dəqiqəsi nəzərə alınmaqla ərazi üstünlüyü komandamızın tərəfində olsa da hesab dəyişmədi. İlk hissənin sonuna doğru rəqib komandanın fəallaşdığı və nisbətən daha kəsərli hücumlara qurmağa meyillənməsini də vurğulayaq. İlk hissənin sonundakı fəallığını ikinci yarıda da davam etdirən rəqib 57-ci dəqiqədə hesabı bərabərləşdirdi.Georgi Diaşvili meydandakı fəallığını qolla tamamlamağı bacardı. Lakin qoldan sonra soyuqqanlı görsənən "Xəzər Lənkəran" daha inamlı və topa hakim olmaqla rəqibi tamamən qapısına doğru sıxışdırmağa başladı. Nəticədə 75-ci dəqiqədə Rauf Əliyev və iki dəqiqə sonra Rəşad Sadiqov fərqlənməklə yekun nəticəni müəyyənləşdirdilər - 3:1
saytlarin hazirlanmasi