Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Qarabağ"ın iki braziliyalı futolçusunu mükafatlandırarkən fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Musayev, aprel ayında ən yaxşı qolun müəllifi Riçard Almeydaya xoşbəxtlik və Çempionlar Liqasında uğurlar diləyib.
PFL rəhbəri, may ayının ən yaxşı oyunçusu seçilən "Qarabağ"ın hücumçusu Reynaldoya azarkeşlərin sevimlisi olduğunu bildirib:
"Səninlə Azərbaycanın bütün futbol azarkeşləri fəxr edir. Arzu edirəm ki, Çempionlar Liqasında da uğurlar qazanasan".
saytlarin hazirlanmasi