- Düşünürəm ki, vacib nəticə idi. Biz ancaq qələbə haqda fikirləşirdik. Məncə pis oyun alınmadı, sadəcə daha yaxşı oynaya bilərdik. Buna baxmayaraq, belə olmağı xeyrimizə oldu və komandanın toparlanmağında rol oynadı. Yenə də çatışmazlıqlarımız var. Qarşıdan daha çətin oyunumuz gəlir. Bu rəqiblə bizi gözləyən komanda eyni deyil. Sabahdan məşqlərə başlayacağıq. Çalışacağı ki, rəqibə güclü müqaviət göstərək.
- Reynaldonun əvəzlənməsi nə ilə bağlıdır?
- O əzələsindən kiçik zədə aldı.
- Çoxları düşünür ki, "Qarabağ"a yenə arzuolunmaz rəqib düşüb...
- Xeyirlisi, qismətimiz budur.
- Sizcə, Rəşad Sadıqov və Maksim Medvedev qarşıdakı oyuna hazır olacaq?
- Qara və Maksim hazır olacaq. Rəşad isə sual altındadır. Ola bilər ki, tam hazır olmasın.
- "Zalsburq"un baş məşqçisi oyunu izləyirdi. Ola bilər ki, Qurban Qurbanov hansısa kartları gizlətsin?
- Yox, ciddi bir şey olmadı. Sadəcə o rəqibə qarşı başqa oyun oynayacağıq. Futbolçular öz işini gördü.
- İlk oyunun evdə keçirilməsinin hansısa təsiri ola bilər?
- Təbii ki, hər bir komanda ilk oyununu səfərdə oynamaq istəyir.
- Çempionlar Liqasının bu gün baş tutan oyunlarında ən böyükhesablı qələbə "Qarabağ"a məxsusdur...
- Biz belə şeylərə fikir vermirik. Ola bilər ki, digər oyunda burada 0:0, səfərdə 1:1 olsun və qalib biz olaq.
- "Valletta" önündə çatışmazlıqlar var. "Zalsburq"la oyunda bu çatışmazlıqları necə qiymətləndirirsiniz?
- Çalışacağıq ki, bu boşluqlar həmin oyunda olmasın. "Zalsburq"la qarşılaşmada açıq oyuna üstünlük verməyəcəyik. Onlarla bir az fərqli oynayacağıq, amma öz oyunumuzdan əl çəkməmək şərtilə. Top bizdə olsa da, daha çox müdafiəni düşünməliyik.
- İştirak ərizəsinə yeni oyunçu gözlənilir?
- Yox, hələ ki, elə bir şey yoxdur. (qol.az)