- "Qarabağ"ın böyükhesablı qələbəsi barədə nə deyə bilərsiniz?
- “Azərsun”un gördüyü hər işdə bir məna var. Doğrusu, biz futbol maraqlısı deyildik. Ümummilli liderimiz Heydər Əliyev o zaman buyurdu ki, bir klub al, “Qarabağ”ın adını dünyaya tanıt. Bu bizim üçün vəzifə oldu.. Biz də hansı işi ediriksə, ən doğrusunu edirik, çünki biz işimizə ciddi, məsuliyyətli yanaşırıq. Hazırda “Qarabağ”ı dünyaya tanıtmaq üçün çalışırıq. Qarabağın sahibinin kim olduğunu ortaya qoymaq istiqamətində çalışırıq. İşimizdə iman var, baş məşqçimiz imanlı adamdır. Şou göstərmirik. Gördüklərimiz həqiqətdir. Şükürlər olsun ki, bura qədər irəlilədik, yolumuza davam edəcəyik. Şükür olsun ki, bura kimi gəldik və davam edəcəyik
- “Qarabağ”ın oyununa baxanda dincəlirsiniz, yoxsa həyəcanlanırsınız?
- Əlbəttə, hamı həyəcanlanar. Həm də qismətə inanan insanlarıq. Həyatda vacib olan şey işi düzgün yerinə yetirməkdir. Yaradan kömək edər. Həqiqət, dürüstlük, kişilik olsa, ölkənin mənafeyi hər şeydən üstün tutulacaq. Siz jurnalistlər də gələcəkdə kimlərəsə istiqamət verə, həyatlarında mühüm rol oynaya bilərsiniz. Bunun üçün çalışırıq. . Burdan Qarabağın sahibin var olduğunu duyurmaq, bildirmək istəyirik, yoxsa“Qol vurdum, o birisini əzdim” deyə məqsədimiz yoxdur. Qarabağ bizimdir, bizim də olacaq.
- Qismətdən Ağdam işğal günü “Qarabağ”ın qələbəsi ilə üst-üsə düşdü
- Buna görə ikiqat şükür edirik. Cənab prezidentimiz bütün sahələrdə Qarabağ üzərinə gedir. Diplomatik, iqtisadi və s. Futbol dabunun bir növüdür və bu işi də bizə həvalə ediblər. Biz də əlimizdən gələni edirik. Sizi “Qarabağ”ın yeni inşa edilən 5 ulduzlu otelini görməyə dəvət edəcəyik. Çox gözəl klub, baza yaratmışıq. 5 həftəyə hər şey hazır olacaq. Dəvət edəcəyik, çay içəcəyik, görülən işlərlə tanış olacağıq.
- Çempionluq kuboku Ağdama nə vaxt aparılacaq?
- Mən həqiqəti demişəm, komanda rayona tez-tez gedib-gələndə yorulur, öz vəzifəsini icra edə bilmir. Ağdam Qarabağın bir parçasıdır. Qarabağ isə Azərbaycan deməkdir, hər kəsin ürəyindədir. Onların könlünü xoş eləmək üçün arada gedib-gələcəyik. Amma hər gün gedə bilməyəcəyik. Kuboku məmnuniyyətlə aparacağıq. Amma indi beynəlxalq oyunlar başlayıb. “Qarabağ”ı rəqibləri çox ciddi bir komanda kimi qəbul edir. “Azərsun” olaraq “Qarabağ” inkişafı üçün bütün işləri görürük, həm maliyyəsi, həm də başqa hər şey. Bu arada sizləri mətbuat günü münasibəti ilə təbrik edirəm. Məni tənqid etsələr də, mətbuatı sevirəm. Qoy bir dəfə səhv yazsınlar, gələn dəfə düz yazarlar. İnsan bir işi belə-belə öyrənir
- Gələn il I Avropa Oyunları ölkəmizdə keçiriləcək . Bununla əlaqədar əksər klublar futbol komandasının büdcəsini azaldıb. Bu baxımdan “Qarabağ”da vəziyyət necədir?
- Yox, bunun bizə təsiri yoxdur. Bir mərhələyə kimi gəlmişik, bundan sonra davam edəcəyik.