Sxadadze: "Hələ ki, iş bitməyib"

20:04 - 23 İyul 2014

"Komanda ən azı 7 nəfərlə hücum edir"

“Mən “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Onlara uğur arzu edirəm”.

Bu sözlər “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.
 
Sportal.az xəbər verir ki, sabah “Elfsborq”a cavab oyununa çıxacaq “İnter”in baş məşqçisi az öncə mətbuat konfransı keçirib.Kaxa sözlərinə belə davam edib:

“İnter” ilk oyunda yaxşı təsir bağışladı. Layiqli qələbə qazandıq. Amma iş bitməyib. Sabah bizi çətin oyun gözləyir.

Növbəti tura keçmək üçün çox yaxşı şansımız var. İnamlı oynayıb, növbəti mərhələyə vəsiqə qazanacağımızı düşünürəm. Evdə oynamaq üstünlüyümüzdür.


- Rəqibin əsas üstünlüyü nədir?
- Rəqib hücum etməyi sevir. Komanda ən azı 7 nəfərlə hücum edir. Ona görə də biz oyunumuzu oynayıb, rəqibi mübarizədən kənarlaşdırmalıyıq.


- Heyətlə bağlı nə kimi problemləriniz var?
- Belə problemlər mövcuddur. Yeni oyunçuların gəlib-gəlməyəcəyini deyə bilmərəm. Amma yeni futbolçuya ehtiyacımız var. Müəyyən səbəblər var ki, mən bundan danışmaq istəmirəm. Sabah əvəzedici heyətdən iki oyunçu gətirəcəyik. Elvin Məmmədov bu oyunu buraxacaq.


Kaxa mətbuat konfransının sonunda azarkeşlərə səslənib: “Azarkeşlərə təşəkkür edirəm. Bundan öncəki oyunda da bizi dəstəklədilər. İndi də dəstək olacaqlarını hesab edirəm. “Qarabağ”ın matçında da azarkeşlik etdilər. Ümid edirəm ki, hər üç komanda mərhələ adlamaqla onları sevindirəcək.

Xəbər xətti