"Qəbələ" - "Konyaspor" matçında qalmaqal: Hakimin üzərinə hücum çəkildi

00:10 - 24 İyul 2014

Muntyanu və Hasan Kabze hakimdən düzgün idarəçilik istəyiblər
 
Yeni mövsümə Hollandiyada hazırlaşan Qəbələnin "Qəbələ" futbol klubunun dünən keçirdiyi növbəti yoxlama oyununda "Konyaspor"la matçda dava düşüb.

Sportal.az anspress.com-a istinadən xəbər verir ki, təmsilçimizin baş məşqçisi Dornel Muntanyu ilə oyunun hakimi arasında gərginlik yaranıb.

Muntanyu hakimin üzərinə hücum çəkərək etiraz edib. Rumın çalışdırıcı rəqibin baş məşqçisinə də etiraz edib.

Hakimin idarəçiliyi "Konyaspor"un oyunçularını da narazı salıb. Hasan Kabze də hakimin üstünə yeriyərək düzgün idarəçilik etməyi tələb edib.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl "Arnem"i darmadağın (4:0) edib, "AZ Alkmaar"a isə uduzub - 0:2.

Xəbər xətti