“İlk görüşdə maraqlı oyunun şahidi olduq. “Koper” iki real qol imkanı əldə elədi və bunlardan da yararlandı. Bu onu göstərir ki, rəqib əks hücuma çıxmağı yaxşı bacarır və əlinə düşən imkanlardan da layiqincə istifadə edir. Biz də əl-qolumuzu yanımıza salmamışıq, bura elə-belə gəlməmişik. Təbii ki, çox çətin oyun olacaq, bunu anlayırıq. Çünki “Koper” təsəvvür elədiyimizdən də güclü komandadır. Rəqib keçmiş Yuqoslaviya məktəbinə xas futbol nümayiş etdirir, mən deyərdim ki, növbəti mərhələdə istər “Bursaspor”ı olsun, istər “Çixura”nı adlamağa qadirdir. Amma mərhələ keçmək şansımız hələ də qalır. Bu şansdan sonadək yararlanmaq istəyirik. Azarkeşlərimiz əmin olsunlar, bizə inansınlar, əlimizdən gələnin ən yaxşısını eləyib, sonadək döyüşəcəyik və mərhələ adlamağa çalışacağıq”.