Bu da oldu: PFL-in rəsmi saytı ermənilər tərəfindən dağıdıldı FOTO

03:36 - 24 İyul 2014

Təhqiredici ifadələr və videolar
 
Peşəkar Futbol Liqasının rəsmi saytı olan pfl.az erməni xakerlər tərəfindən dağıdılıb.

Sportal.az xəbər verir ki, PFL-in rəsmi saytını dağıdan ermənilər,sayta ermənistanın milli ordusunun fotosunu,Kəlbəcərdə tutulmuş azərbaycanlının videosunu və Azərbaycan ordusunu hədələyən mətn yerləşdiriblər. İngiliscə yazılan mətndə təhqir edici ifadələr və milli orduya göndəriş yerləşdirilib. Həmin mətndə əxlaqa zidd sözlər olduğu üçün mətni təqdim etmirik.
 

Xəbər xətti