"Yuxuda görmüşəm ki, qələbə ilə qayıdırıq"
Bu gün "Neftçi" Avroliqada "Koper" səddini keçə bilməsə Böyükağa Hacıyev istefa verəcək.
Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Sadıq Sadıqov "Futbol+"-a verdiyi açıqlamada aydınlıq gətirib:
"Getməli olan əsas şəxs işini bilir. Mərhələ keçilməsə, baş məşqçi elə Sloveniyada istefa verəcək, mən də qəbul edəcəm. Bakıya dönməyi də gözləməyəcəm. Komandaya 3 cavabdeh şəxs var – mən, Tahir və Böyükağa. Tahir getdi, Böyükağa ilə mən qalmışam. Görək nə olur”.
Sadıq Sadıqov bu gün keçiriləcək oyuna toxunarkən bildirib ki, yuxuda qələbə qazandıqlarını görüb:
“Yuxuda görmüşəm ki, qələbə ilə qayıdırıq. İnşallah belə də olar. Proqnozuma gəlincə, 2:0 hesabı ilə qalib gələcəyimizi düşünürəm"
saytlarin hazirlanmasi