Futbolçuların taleyi necə olacaq?
"Bakı"da maliyyə problemlərin olması və bu səbəbdən bir neçə futbolçunun transfer vərəqəsini almaq üçün AFFA-ya müraciət etdiyi xəbərini vermişik.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, AFFA futbolçulara kömək etməmək qərarına gəlib. Federasiya onlara müraciət edən futbolçulara "öz probleminizi özünüz həll edi, bizlik deyil" cavabını verib.
Xatırladaq ki, AFFA rəhbərliyi yalnız Əfran İsmayılov və Rauf Əliyevin transfer vərəqəsinin alınmasında yardım göstərmişdi.
saytlarin hazirlanmasi